Azərbaycanda son sutkada koronavirus infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Azərbaycanda son sutkada 18 nəfər vaksinasiya olunub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 6-dır. Son sutka ərzində heş bir şəxsə 2-doza vaksin vurulmayıb.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 8-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4 olub.