Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Leqal.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 792 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 996 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 871, bu günə qədər isə ümumilikdə 6 890 579 test icra olunub.
Azərbaycanda son sutkada 27 nəfər vaksinasiya olunub.
Bu barədə Leqal.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 2 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 22-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 2 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 721 284, birinci doza peyvəndlərin ümumi sayı 5 347 501, ikinci doza vaksinlərin sayı 4 848 699 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 279 440, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 644 olub.