Hava haqqında məlumat

Hava haqqında məlumat
  • Maraqlı

  • İyulun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

    Havanın temperaturu gecə 20-24, gündüz 30-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

    Havanın temperaturu gecə 22-26, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər