AMEA Rəyasət Heyəti aparatı vitse-prezidentin xidmətində elmi katib Coşqun Məmmədovun “Siyasi-iqtisadi reallıqlar” kitabı işıq üzü görüb.
Kitabda müstəqil Azərbaycan dövlətinin təcrübəsi işığında ölkəmizdə baş verən siyasi-iqtisadi və ictimai prosesləri əks etdirən müasir baxışlar və analitik təhlillər əsasında yazılmış məqalələr təqdim olunur. Nəşr müasir cəmiyyətin aktual məsələləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, nəşriyyat redaktoru Maral Poladovadır. Kitab “Elm və təhsil” nəşriyyatında çap edilib.
www.leqal.az