Ölkə üzrə son sutkada bir nəfər COVID-19-a yoluxub

Ölkə üzrə son sutkada bir nəfər COVID-19-a yoluxub
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına bir yeni yoluxma faktı qeydə alınıb, iki nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 792 759 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 998 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 48 nəfərdir.

    Ölkədə son sutka ərzində 1 706, hazırkı dövrədək isə 6 892 285 test aparılıb.


    Azərbaycanda son sutkada vaksinasiya qeydə alınmayıb.

    Bu barədə Leqal.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

    Qeyd olunub ki, bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 721 284, birinci doza peyvəndlərin ümumi sayı 5 347 501, ikinci doza vaksinlərin sayı 4 848 699 təşkil edib.

    Üç və daha çox doza vaksinlərin sayı 3 279 440, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 644 olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər