Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 626 min 85 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 777 nəfər müalicə olunaraq sağalıb, 8 min 529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 min 779 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 267, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 10 min 761 test aparılıb.
Son sutkada koronavirus əleyhinə 6 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 89, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 714 min 478, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 281 təşkil edir.