Xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına səfəri çərçivəsində Uruqvaya gedib.
"Leqal.az" Haberler saytına istinadən xəbər verir ki, paytaxt Montevideoda iki mühüm sənədə imza atan Çavuşoğlu, iki ölkə arasında İnvestisiyaların Gücləndirilməsi və Azad Ticarət Sazişinə dair İstinad Sənədinin imzalanmasının ardından Uruqvay xarici işlər naziri Fransisko Bustillo ilə də birgə mətbuat konfransı keçirib.
Nazir Çavuşoğlu Uruqvay səfərinin bir hissəsi zamanı Montevideodakı Türkiyə səfirliyindən çıxarkən etiraza məruz qalıb. Bir qrup erməni etirazçı səfirliyin qarşısındakı parka toplaşaraq Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirib.
Səfirlikdən çıxaraq avtomobilininə əyləşən nazir Çavuşoğlu şüarlar səsləndirən etirazçılara “Bozqurd” işarəsi göstərərək cavab verib./apa