Azərbaycan bayrağı
Tanrıdan,
Vətəndən savayı,
Hər kəsdən,
Hər şeydən əzəl,
işğaldan azad
torpaqlara sancılanda
daha məğrur,
daha gözəl...
Baxınca,
qəlbin işıqla dolur,
görüncə,
canından çıxır
həsrətin
bir qərinəlik acısı...
Bayrağın
hündürü olmur, qardaş,
ucası olur, ucası!..
Arif FƏRZƏLİ,
Şair. Azərbaycan Yazışıçılar Birliyinin üzvü.