ÇAĞIRIŞ

ÇAĞIRIŞ
  • Cəmiyyət


  • ÇAĞIRIŞ
                                                 
    Turan elinin səsiyik,
    Biz oğuzun nəvəsiyik,
    Düşməni məhv edəsiyik.
             
    Eşq olsun bu tarixə, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Tarixləri zaman yazır,
    Döyüşləri al-qan yazır,
    Turan oğlu dastan yazır.
            
    Eşq olsun bu dastana, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Ey türk oğlu! Gəl bir olaq,
    Düşmənlərə qəbir qazaq,
    Yurdumuza hakim olaq.
            
    Eşq olsun bu üçlüyə, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Bir yumruq tək birləşmişik,
    Tarixlərdən biz gəlmişik,
    Zaman-zaman dirçəlmişik.
              
    Eşq olsun bu üçlüyə, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Otuz ildi dünya laldı,
    Qarabağı ordum aldı,
    Düşmənimiz viran qaldı.
           
    Eşq olsun bu üçlüyə, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    ATƏT gəldi, ATƏT getdi,
    Qarabağı bərbad etdi,
    İntiqama ordum yetdi.
             
    Eşq olsun bu orduya, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Xalqım, ordum, əlbir oldu,
    Prezidentə arxa durdu,
    Baş Komandan «iti qovdu.»
              
    Eşq olsun Komandana, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Türk, Azəri, Pakistandı,
    Hər üçü bir ürək, candı,
    Damarlarda axan qandı.
             
    Eşq olsun bu üçlüyə, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    İlhamladır Ərdoğanım,
    Kömək olsun Yaradanım,
    Qardaş əli uzadanım.
             
    Eşq olsun qardaşlığa, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Bir Millət, iki dövlət,
    Deyib bunu Ulu Öndər,
    Hər ikisi cümhuriyyət.
              
    Eşq olsun bu cümhura, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Heydərimiz, Kamalımız
    Hər ikisi öndərimiz,
    Yaşayacaq millətimiz.
              
    Eşq olsun bu millətə, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Od oğluyuq, od olmuşuq,
    Alovlardan doğulmuşuq,
    Səngərlərdə yoğrulmuşuq,
    Can bir qəlbdə can olmuşuq.
             
    Eşq olsun qardaşlığa, birliyə,
    Azərbaycan! Qalx ayağa!
    Səninlədir Pakistanım, Türkiyə!

    Məhərrəm Nəsirov, şair. 
     

    PAYLAŞ:

    Oxşar xəbərlər