Argentinanın “Boka Xuniors” klubunun yarımmüdafiəçisi Eduardo Salvio polis tərəfindən axtarışa verilib.
Futbolçu hüquq mühafizə orqanları tərəfindən keçmiş həyat yoldaşını avtomobillə vuraraq hadisə yerindən qaçmaqda ittiham olunur.
Belə ki, E. Salvionun keçmiş həyat yoldaşı futbolçunu maşında başqa qadınla olduğunu görüb və keçmiş əri ilə danışmaq üçün pəncərəni döyüb, amma futbolçu şüşəni açmaqdan imtina edib.
Bunu görən qadın avtomobilin qarşısına keçib. Öz növbəsində Eduardo Salvio da avtomobilini işə salaraq maşını qadının üzərinə sürüb.
Nəticədə qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.