LEQAL.AZ mövzu ilə bağlı bir neçə tanınmış ziyalının fikrini oxuculara təqdim edir:
Milli Məclisin deputatı, Fazil Mustafa: "Qadının sosiallaşma imkanları demək olar ki, Azərbaycan cəmiyyətində yoxdur. Mədəni kompenentin inkişafı ortadan qalxıb. Bu baxımdan Azərbaycan cəmiyyətində qadına qarşı siyasət tamamilə yeniləşməlidir" deyib.
Qadın hüquqları ilə bağlı mövzu hər zaman aktuallığını qoruyub. Bunu feminizm adı ilə təqdim etməyə baxmayaraq bütünlükdə qadınların əsas problemi iqtisadi azadlığın olmamasıdır və boşanma halları, ailə sturkturunun dağılması da daha çox bundan qaynaqlanır.
Digər tərəfdən qadının təhsillə bağlı problemi var. Təhsilsiz qadınların, azyaşlı qızların ailə qurmağa məcbur edilməsi və yaxud da özlərinin bu yolu seçməsi sonradan ailə stünunun təməllərini sarsıltmış olur. Bu da daha bilgisiz, cahil bir ailənin formalaşmasına səbəb olur.
Qadınların normal, sağlam, savadlı yetişməsi cəmiyyətin özü üçün olduqca vacibdir. Hazırda Azərbaycan xalqında narkomaniyanın geniş yayılması kişilərin ailə həyatına müəyyən dərəcədə daha az diqqət yetirməsinə səbəb olur və ailələrin dağılmasına gətirib çıxarır. O cümlədən alkoqolizmdə yüngül həyat tərzi keçirtməklə başqa məsələlər də özünü göstərir.
Bir çox hallarda qadın qətlləri və qadınlara qarşı zorakılıq halları da cəmiyyət həyatında narahatçılıq doğuran amillərdən biridir. Amma bütünlükdə bunu televiziyalar vasitəsi ilə başqa istiqamətdə təbliğ etmək və bunun əsas səbəbkarının kişilər olduğunu göstərmək yanlış bir yoldur. Təbii ki, kişilərin də burada ayrıca günahları var. Onlar qadınların formalaşmasına əngəl olur, həmçinin cəmiyyət həyatına inteqrasiyasını mənfi yöndən təsir altında saxlıyan fəaliyyətləri də kifayət qədər çoxdur. Amma bütünlükdə qadının yetişdiyi mühit də sağlam mühit olmalıdır.
Sağlam ailə, sağlam ana, savadlı qadın modelinin yaradılması istiqamətində cəmiyyət səfərbər olmalıdır. Xüsusilə qızların təhsil alması ənənəsi nə qədər geniş olsa da bunun yetərli saymaq olmaz. Çünki qızların böyük əksəriyyəti hansisa bir səbəbdən təhsil almaqdan kənarda qalırlar. Hətta ali təhsil alan qizlar sonradan elmi sferaya transfer edilməsində çətinlik çəkirlər. Onlara təhsillərini davam etməyə, hətta ailə həyatı qurduqdan sonra işləməklərinə də icazə verilmir.
Amma ailə əxlaqının, ailə dəyərlərinin qorunması cəmiyyətin əsas öncəliyidir və televiziyalar bu istiqamətdə daha müsbət yöndə təbliğat aparmalıdır. Yəni həyat tərzi arzu olunan səviyyədə olmayan, yaxud da hansısa bir istinad modelində bir qadını təqdim edərək bütünlükdə problemin kişilərə yüklənməsi yanlış tendensiyadır. Burada qarşılıqlı laqeydlik, hüquqi tanımazlıq problemi var. Bu istər qadın tərəfi olsun, istər kişi tərəfi olsun, hər birinin üzərinə götürdüyü vəzifəni anlaması problemi var. Biz çalışmalıyıq ki, hüquq bərabərliyinə, hüququn qorunması prinsiplərinə bütün cəmiyyət fərdləri tərəfindən əməl olunsun. O zaman heç bir cəmiyyət üzvü cinsindən asılı olmayaraq narazıçılıq keçirtməyəcək və sıxıntı içində qalmayacaq.
Şərqşünas-pedaqoq Əli Rzazadə : “Ümumiyyətlə məsələyə kökündən yanaşmaq istəyirəm. Baxın, bu gün müasir dünyada Feminizim adlı bir hərəkat var. Mən burada onun yaranma tarixindən danışmayacağam, amma onun yaranma səbəbinə mütləq toxunmaq lazımdır. Səbəb olmadan heç bir görüş, hərəkat yarana bilməz. Feminizimi yaradan hansısa bir səbəblər mütləq var. Haradasa bir qadının hüquqları pozulub deyə onun qarşısını almaq üçün bir hərəkat başlayıb, demək. Lakin burada bir incə məqam var. Bu hərəkatın yaranması həqiqətənmi öz təyinatına xidmət edir? Haradasa bir qadının hüquqları pozuldu və bu haldan istifadə edilərək guya qadınların hüquqlarının qorunması, müdafiə edilməsi üçün yeni bir cərəyan, yəni feminizm yarandı. Mən müasir feminizmi nəzərdə tuturam. Ortaya belə bir sual çıxır: Bəs dünyada kişilərin hüquqlarının pozulma faktı yoxdurmu? Əlbəttə ki var. Bəs kişilərin hüquqların müdaifə etmək məqsədi ilə niyə feminizm kimi bir hərəkat yaranmadı. Necə olur, bir qadının hüququ pozulur “qadın haqları pozuldu” deyilir, amma bir kişinin hüququ pozulur “insan haqları pozuldu” deyilir. Məgər hər iki cins insan deyil?
Deməli səbəb heç də qadın haqlarının müdafiəsi deyil. Məqsəd bu adlar altında dünyada əzəldən qoyulmuş dəyərləri ayaqlar altına atmaq, qadını dəyərsizləşdirməkdir. Feminizm hərəkatı Avropada yarandı amma avropada hələ də qadın haqlarının pozulması faktrları mövcuddur. Demək belə cərəyanlar problemin həllinə heç bir kömək edə bilmir.
Acı da olsa bir misal deyim. Bəzən efirlərdə bir avtomobil vəya hansısa bir məişət əşyasının reklamını təqdim edərək onun yanında yarıçılpaq qadın surəti də nümayiş etdirirlər. Əgər məqsəd avtomobilin ya hanısa məişət əşyasının satışıdırsa, o yarıçılpaq qadın obrazı nümayişinin orada nə işi? Demək məqsəd qadına azad görmək deyil onu reklam vasitəsinə çevirmək, qadını dəyərsizləşdrmək, onun həqiqi qiymətindən salmaq, istismar etməkdir.
Bizim mənəvi dəyərlərimizdə olan qədər dünyanın heç bir yerində insan haqları və xüsusilə də qadın haqqları qorunmur. Bizdə qadına, anaya, bacıya, qız övladlarına verilən dəyər, tam səmimiyyətimlə deyirəm, kişilərə, oğlan uşaqlarına verilmir. Qadının azadlığı onun çılpaqlığı ilə ölçülmür, cəmiyytədə ona olan münasibət ilə ölçülür. Əlbəttə cəmiyyətdə qadınların hüuqlarının pozulması faktları irəli sürülür, təklif edirəm ki, bu hüquq pozuntusunun adını “qadın haqqları pozulur” adı ilə yox, insan haqlarının pozulması kimi təqdim etsinlər. Hüquq pozan onun qadın ya da kişi olmasına baxmır.
Düşünürəm ki, bəzi qüvvələr qadın azadlığı adından
istifadə edərək öz siyasi maraqlarına xidmət edirlər. Onsuz bizim cəmiyyətdə qadın azaddır”
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov: Qadın mövzusu hər zaman aktual olub. Bu mövzu sadəcə müasir dövrdə deyil, əvvəlki dövrlərdə də qadının hüquqları, onun ailə və cəmiyyətdəki yeri müzakirə olunub və daim aktuallığını qoruyub. Lakin 19-cu əsrdən başlayaraq qadının azadlığı mövzusu daha geniş şəkildə müzakirə olunmağa başlamışdır. Xüsusilə də həmin əsrdə Qərbdə baş verən proseslər qadınlardan da yan ötməmişdiir. Nəticədə qadının cəmiyyətdəki statusunda ciddi irəliləyişlər baş vermişdir. Qərbdəki modernləşmə dalğası qısa müddət sonra Şərqə də çatmış, digər şərq cəmiyyətləri ilə yanaşı müsəlman coğrafiyasında da qadının yeri və rolu mövzusunda qızğın müzakirələr başlamışdır. 20-ci əsrdə isə müsəlman şərqində də qadın azadlığı məsələsində ciddi nəaliyyətlər əldə edilmişdir.
İslamın qadına baxışı məsələsinə gəldikdə isə, bəzən biz keçmiş islam cəmiyyətlərinin qadına baxışını birbaşa dinə bağlayaraq xətaya yol vermiş oluruq. Halbuki həmin dövrlərdə dünyanın dörd bir köşəsində də qadın hüquqları məsələsi aşağı-yuxarı eyni idi. Çünki o günkü cəmiyyətlərin qadına baxışını həmin cəmiyyətlərin dünyagörüşü təyin edirdi. Dünyagörüşündə isə sadəcə din həll edici rol oynamır. İslamın müqəddəs kitabında qadınlarla bağlı bəzi ümumi qaydlar mövcuddur, lakin Quranda qadın mövzusuna bütöv şəkildə nəzər saldıqda görərik ki, müqəddəs kitabımız kişi və qadına hər şeydən əvvəl insan prizmasından baxır. Yəni, onların kimliyi və şəxsiyyəti qabardılır.
Unutmamalıyıq ki, din cəmiyyətə təsir etdiyi, cəmiyyətdən də təsirlənir. Ona görə də əvvəlki dövrlərdə islam alimlərinin qadınla bağlı fikirlərini yaşadıqları cəmiyyət və dövrdən ayrı dəyərləndirə bilmərik. Bəzən biz bu nüansı unuduruq və 21-ci əsrin gözü ilə həmin dövrlərə baxırıq. Bu da məsələni tam şəkildə ələ almağımıza mane olur. Yəni, 9, 12 və ya 15-ci əsrdəki bir alimin qadınla bağlı fikirləri həm də yaşadığı cəmiyyətin reallığıdır.
Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində əksər hallarda məsələyə ətraflı baxılmadan münasibət bildirilir ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır. Qadın hüquqları, qadın azadlığı mövzusunun normadan artıq qabardılması da qadının şəxsiyyətinin və kimliyinin arxa plana atılmasına gətirib çıxardır. İnsan hər şeydən əvvəl öz kimliyi ilə önə çıxmalıdır. Bəzən qadın azadlığı məsələsində ifrat fikirlər ortaya atılır, bu da xüsusilə gənclər arasında mənfi tendensiyalara gətirib çıxardır. Söylədiklərim kişi üçün də keçərlidir. İstər kişi olsun, istər qadın, hər ikisi öz kimlikləri ilə tanınmalıdır. Öz kimlikləri isə şəxsiyyətli kişi və şəxsiyyətli qadındır. Və bu iki kimlik insan kimliyində birləşir. Heç bir alt kimlik bu kimliklərin önünə keçməməlidir.
Bu gün qadının hüquqları məsələsində yol verdiyimiz xətalardan biri də Qərbin bütün dəyərlərini ümumbəşəri zənn etməyimizdir. Qərbdəki lokal dəyərləri də ümumbəşəri sayaraq digər məsələlərdə olduğu kimi, qadın məsələsində də onları əsas meyar kimi qəbul eidirk. Halbuki Qərbdə modernləşmə heç də lokal dəyərlərin inkarı üzərinə qurulmamışdı, əksinə onların yenilənməsi prosesi idi. O baxımdan Şərq cəmiyytələri də modernləşmə prosesində öz lokal dəyərlərini inkar etməməli, əksinə onları yeniləyərək özünəməxsus şəkildə modernləşməlidir. Qadınla bağlı fikirlərimizdə də, öz lokal dəyərlərimizi inkar etməməliyik. Qadının və kişinin cəmiyyətdəki yeri və rolunu bu yerli dəyərlərlə ümüumbəşəri dəyərləri sintez edərək ələ almalıyıq.
Politoloq Əlimusa İbrahimov: Feminizm bir hərəkat olaraq heç də yeni deyil. Onun Amerika Birləşmiş Ştatlarında meydana gəlməsi tarixi 1830 – cu ilə gedib çıxır. 300 ilə yaxın bir dövr tarix üçün yetərli ölçü vahididir. Amma bu 300 ildə Feminizm hərəkatınn yüksəliş illəri və tənəzzülü dövrü olmuşdur. Müxtəlif cəmiyyətlərdə baş verən kataklizmlər bu hərəkatın yenidən meydana gəlməsi ilə nəticələnmiş və hər dəfə bu hərəkata yeni cərəyanlar əlavə olunmuşdur.
Son zamanlar bütün dünyada bu hərəkatın yenidən baş qaldırması da cəmiyyətdə baş verən transfarmasiyaların nəticəsidir. SSRİ-nin dağılması, iki qütblü dünya sistemindən bir qütblü sistemə keçilməsi, sosializmin bir formasiya olaraq aradan qalxması Feminizmin də yenidən canlanmasına səbəb olmuşdur. Bu proses inkişaf etmiş ölkələrdə başlayaraq digər inkişafda olan ölkələrə keçmişdir. Bu hərəkatın digər ölkələrə təbii yolla deyil, süni yolla keçirilməsi də bəzən fakt kimi qarşıya çıxır.
Amma cəmiyyət heç zaman özünə yad olan tendensiyanı yaxına buraxmır və onun inteqrasiya olunmasına imkan vermir. Necə ki, 70 illik bir sovet dövründə ateizm yüksək səviyyədə təbliğ olunaraq cəmiyyətə yeridilməyə çalışdılar, amma istənilən nəticəyə nail ola bilmədilər.
Beləcə də Feminizm hərəkatı bizim cəmiyyətə yad ünsür olduğu üçn uğur qazana bilməyəcək. Çox çəkmədən insanlar bu hərəkat və cərəyanları unudacaq və əvvəlki yoluna davam edəcəklər.
Feminizm və digər izmlərə qarşı mübarizədə isə insanların yardımına dünyagörüşü və bilik səviyyəsinin artırılması gələ bilər. Savadlı insan pisi yaxşıdan ayırmağı daha məntiqli bacarır.