Tokio-2020: Azərbaycanın 10 idmançısı

Tokio-2020: Azərbaycanın 10 idmançısı
  • İdman / Maraqlı

  • Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

    LEQAL.AZ-ın məlumatına görə, 44 təmsilçidən 10-u yarışa qoşulacaq.

    Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar.

    Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) medal qazanmağa çalışacaq.

    100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışıqda isə Maksim Şemberev təsnifat mərhələsində qüvvəsini sınayacaq.

    Velosipedin şosse növündə Elçin Əsədov yarışacaqsa, idman gimnastı İvan Tixonov təsnifat mərhələsində uğur qazanmağa çalışacaq.

    10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında isə Ruslan Lunyov mübarizə aparacaq.

    Tokio-2020 Yay Olimpiya Oyunları

    24 iyul

    Boks

    57 kq

    13:36. 1/16 final.Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

    69 kq
    14:54. 1/16 final. Lorenso Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

    +91 kq
    15:27. 1/16 final. Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

    Velosiped idmanı - şosse

    06:00. Elçin Əsədov

    İdman gimnastikası

    14:30. Təsnifat. İvan Tixonov

    Cüdo

    60 kq


    06:00. 1/16 final. Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

    48 kq

    06:00. 1/16 final. Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)

    Üzgüçülük

    100 metr batterflay

    14:25.Təsnifat. Məryəm Şeyxəlizadəxangah

    400 metr qarışıq.

    14:07. Təsnifat. Maksim Şemberev

    10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma

    08:00. Ruslan Lunyov

    Qeyd edək ki, olimpiadaya avqustun 8-də yekun vurulacaq./report

    PAYLAŞ:

    Oxşar xəbərlər