Azərbaycan sənətçiləri İsveçrədə keçirilən beynəlxalq tədbirdə çıxış ediblər

Azərbaycan sənətçiləri  İsveçrədə keçirilən beynəlxalq tədbirdə çıxış ediblər
  • Mədəniyyət

  • Aprelin 20- 25 tarixlərində Türk Dövlətləri təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Türksoy, Beynəlxalq Türk Akedmiyası, Beynəlxalq Türk Mədəniyyəti və Miras fondunun Təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Geneve İsveçrə Ofisində və Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Türk Dünyası Mədəniyyəti Günləri və eləcədə Türk Dövlətləri Günü keçirilmişdir.

    Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Azərbaycanında qatıldığı tədbirdə ölkəmizi xanəndə Nisbət Sadrayeva, tarzən Ruslan Zərbaliyev, Kamança İfaçısı Pərviz Fərhadov təmsil etmişdir.

    Qeyd Edək ki, Xanəndə Nisbət Sadrayeva, Beynəlxalq Müsabiqələr qalibi, Beynəlxalq Muğam Mərkəzinin solistidir.

    Beynəlxalq Müsabiqələr qalibi tərzan, Ruslan Zərbaliyev isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Baş Müəllimi, Eyni zamanda Türksoy Xalq Çalğı Alətləri Orkestrinin Solistidir.

    Kamança ifaçısı,  Beynəlxalq Müsabiqələr Qalibi Pərviz Fərhadov Azərbaycan Milli Konservatoriyasının Müəllimi,Türksoy Xalq Çalğı Alətləri Orkestrinin Solisti eləcədə Beynəlxalq Türk Dünyası Gənclər Şürasının Üzvüdür.

    PAYLAŞ:

    Oxşar xəbərlər