27 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Masallı Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxs ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Qaranlığa qalib gələn alim qadın” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açaraq Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş olduğunu qeyd edərək, örünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab etdiyini diqqətə çatdırıb. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur...
Masallı Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru İlqar Ramiz oğlu 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyevanın professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olduğunu qeyd edib.
Daha sonra Masallı Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin oftalmoloq-həkimi Gülnarə Məmmədova və başqa həkimlər geniş məruzə ilə çıxış edərək görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər barədə əfraflı məlumat veriblər.
Tədbirin yekununda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub.