Hələ keçmiş SSRİ dövründə də Azərbaycan Asiya respublikaları ilə əməkdaşlıq, dostluq münasibətləri saxlayırdı . Bu həm milli adət-ənənələrimizin oxşar olmasından və həm də eyni dinə xidmət etməyimizdən irəli gəlirdi desək , yanılmarıq .Müstəqilliyin ilk illərində Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri böyükdür. Onun iradəsi sayəsində ölkələrimiz arasında 25 il əvvəl Dostluq və Əməkdaşlıq Haqqında Müqavilə imzalanıb və bu sənəd siyasi-iqtisadi, humanitar əlaqələrin inkişafı üçün dərin təməl qoymuşdu. Məhz Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə nüfuzlu söz sahibinə çevrilməsini təmin edib.
Aprelin 24-də Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əlaqələrin inkişafına zəmin yaradan tarixi görüş keçirilımişdir.Prezdent İlham Əliyev keçirilən görüşlə əlaqədar mətbuata verdiyi bəyanatında bildirmişdir ki, “Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Məni qardaş həmkarlarım dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Prezident həmçinin öz bəyanatında qeyd etmişdir ki, “Mən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində dəstəyə görə Sadır Nurqojoyeviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq, məktəbin təməlinin qoyulmasında iştirak edəcəyik. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir. Bu gün biz, həmçinin energetika, nəqliyyat sahələrini geniş müzakirə etdik. Burada da potensial görürük. Biz Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıyıq. Nəqliyyat sahəsinə gəldikdə, həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir. Əlbəttə, artıq indi nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasının və tarif siyasətinin razılaşdırılması baxımından məsləhətləşmələr aparmağa başlamaq lazımdır. Ölkə başçısının qeyd etdiyi kimi, ikitərəfli əməkdaşlıq formatından çox danışmaq olar. Əlbəttə, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsini xatırlamamaq olmaz. Bu gün həmkarımla qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışında iştirak edəcəyik. Bu, onun xatirəsinə ehtiram əlaməti, həmçinin Qırğızıstan-Azərbaycan qardaşlığının daha bir rəmzidir.
Bu gün həm Azərbaycan xalqı, həm də Qırğız xalqının daha da yaxınlaşmasında liderlərin siyasi irədəsinin böyük önəmi var. Cənab Prezident İlham Əliyev bu ilin fevralında keçirilən inaqurasiya mərasimində də vurğulamışdır ki, Azərbaycanın yeri Türk dövlətləri birliyindədir və bizi məhz bu ailədə gözləyirlər. Ona görə də hər bir Türk dövləti ilə qurulan əlaqələr səmimi və dostluq əlaqələridir, bu əlaqələr xalqların daha da yaxınlaşamsına xidmət edəcək və onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan son illər Türk dövlətlərinin yaxınlaşmasına həm regional kontekstdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində böyük töhfə verir.
Bəli həmişə dostluğa , qardaşlığa, qonşuluq əlaqələrinə böyük önəm verən bir türk dövləti olan Azərbaycanla münasibət qurmağı bacarmayan dövlət varsa , deməli günah elə onun özündədir. Bu dövlətlərdən biri də mənfur qonşumuz Ermənistandır ki, humanist Azərbaycan xalqına qarşı etnik zəmində yürütdüyü işğalçılıq siyasətinə, etdiyi haqsızlıqlara görə öz cəzasını çəkir.
Rusif Kərimov,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi