Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Leqal" "Report"a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, fakt araşdırılır.


