Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcərdə hərbçilər qəzaya düşdü
  • Hadisə

  • Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

    “Leqal” xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

    Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

    Nəticədə sükan arxasında olan hərbçi və digər sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralıların vəziyyətləri qənaətbəxşdir.

    Araşdırma aparılır.

    Yunis Quliyev
    PAYLAŞ:

    Oxşar xəbərlər