Şəxsi məşqçisi olimpiya çempionunu döydü

Şəxsi məşqçisi olimpiya çempionunu döydü
  • Hadisə

  • Fransalı cüdoçu 27 yaşlı olimpiya çempionu Marqo Pino özünün sosial şəbəkə hesabında şəxsi məşqçisi Alen Şmidtin fiziki zorakılığına məruz qaldığını yazıb: "Dava mənim evimdə baş verdi. Şmidt əvvəlcə sifətimə yumruqla zərbə endirərək, başımı yerə vurdu, ardınca isə boğmağa cəhd etdi. Məni öldürmək istəyirdi. Cüdo fəndləri ilə onun əlindən xilas oldum və dərhal qonşuları köməyə çağırdım".

    Bundan sonra məşqçi həbs olunsa da, dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.

    Xatırladaq ki, Marqo Pino Tokio-2020-də qarışıq komanda yarışında qalib olub. O, həm də Avropa çempionu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və dünya üçüncüsüdür./virtual.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər