25 noyabr 2020-ci il.Bu tarix Kəlbəcərin erməni işğalından azad olunduğu gün kimi yaddaşlarda əbədiləşib.Möhtərəm Prezidentimiz İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən,bu şanlı tarix Kəlbəcər şəhəri günü kimi qeyd olunur.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu.İşğalçılar kəlbəcərli dinc sakinlərə divan tutmuş,onlarla tarixi-mədəniyyət abidəsini,yüzlərlə inzibati binanı,minlərlə evi,çoxlu sayda texnikanı talan edib,dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşımışlar.Kəlbəcərin işğalı işğal dövründə deyil,hətta 2020-ci ildə ermənilər şəhəri tərk etdiyi zaman da davam etmişdi.
Bu gün Azərbaycanın dilbər güşələrindən olan Kəlbəcərin işğaldan azad olunmasından dörd il ötür.44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ordumuz cəbhədə-döyüş meydanında öz sözünü deyərək Kəlbəcəri işğaldan azad etdi.Kəlbəcər bir güllə belə atılmadan Azərbaycana təhvil verildi.
İşğaldan azad olunan Kəlbəcərə səfər edən dövlət başçımız orda olarkən gördüklərindən dəhşətə gələrək bildirmişdir ki,şəhər ermənilər tərəfindən tamamilə məhv edilmişdir.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaltdı və bildirdi ki,bu torpaqlar heç vaxt ermıni torpağı olmayıb.Artıq bu torpaqların sahibləri geri qayıdıb.
Kəlbəcər gözəl təbiəti,zəngin sərvəti olan diyardır.Bu torpaqlar müalicəvi təsirə malik olan mineral su yataqları ilə zəngindir.
30 il vətən həsrəti ilə yaşayan digər rayonlar kimi Kəlbəcər də oz sakinlərini qoynuna almağa hazırdır.İşğaldan azad olunmuş digər ərazilər kimi burada da genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanlı-Kəlbəcər avtomobil yolu üzərində -Murovdağda inşa olunacaq tunelin təməli qoyulub.
Kəlbəcərə növbəti səfərində isə cənab Prezident Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etmişdir.
Daha bir səfər zamanı bir neçə su elektrik stansiyasının açılışı olub, Zar kəndinin təməli qoyulub.Kəlbəcərdə aparılan böyük quruculuq işləri bu rayonun işıqlı gələcəyindən xəbər verir.
Kəlbəcərin və eləcədə işğaldan azad olunmuş digər ərazilərdə canlarından keçən oğullarımıza Allahdan rəhmət diləyirik.
Yaşasın müzəffər Azərbaycan ordusu!
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi