Fevralın 14-də Türkiyədə ümumilikdə 104 min 108 nəfər koronavirusa qarşı testdən keçirilib. Onlardan 6 min 287 nəfərdə xəstəliyin əlamətləri aşkarlanıb, 666 nəfər xəstəxanalara yerləşdirilib.
LEQAL.AZ Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada bu xəstəlikdən 94 nəfər ölüb, 6 min 910 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 586 min 183 nəfərdə virus aşkarlanıb, 27 min 471 nəfər isə infeksiyadan həyatını itirib.
Qeyd edək ki, hazırda Türkiyədə koronavirusla bağlı “Evdə qal” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur. Fevralın 12 də tətbiq olunan 56 saatlıq məhdudiyyət bazar ertəsi saat 5:00-da başa çatacaq.(azərtac)