Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, gündəlik yoluxma və ölüm halında göstəricilər yüksəkdir.
LEQAL.AZ xəbər verir ki, yanvarın 31-də Türkiyə üzrə 136 min 418 nəfər koronavirus testindən keçirilib. Onlardan 6 min 562 nəfərdə infeksiya aşkarlanıb, 641 şəxs xəstəxanalara yerləşdirilib. Sutka ərzində 7 min 6 nəfər sağalıb, 128 nəfər ölüb. İndiyədək ölkə üzrə 2 milyon 477 min 463 nəfərdə infeksiya aşkarlanıb, 25 min 993 nəfər vəfat edib.
Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan (Bakı vaxtı ilə saat 22.00) başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur. Yanvarın 29-da Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim fevralın 1-də saat 5:00-da başa çatacaq. Qaydaları pozanlara qarşı ciddi tədbirlər görülür, o cümlədən pul cərimələri kəsilir.
azərtac