Türkiyədə növbəti “Evdə qal!” rejimi başlanıb

Türkiyədə növbəti “Evdə qal!” rejimi başlanıb
  • Dünya

  • Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində fevralın 12-də Ankara vaxtı ilə saat 21:00-da növbəti 56 saatlıq “Evdə qal!” rejiminin tətbiqinə başlanılıb. Üç gün davam edəcək məhdudiyyət fevralın 15-də saat 5:00-də başa çatacaq.

    LEQAL.AZ-ın xəbərinə görə, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

    Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 12-də Türkiyədə ümumilikdə 129 min 630 nəfər testdən keçirilib. Gün ərzində bu xəstəlikdən 97 nəfər ölüb, 8 min 108 nəfər isə sağalıb. İndiyədək ölkə üzrə 2 milyon 572 min 190 nəfərdə virus aşkarlanıb, 27 min 284 nəfər ölüb.

    PAYLAŞ:

    Oxşar xəbərlər