Türkiyədən Rusiyaya gedən yük gəmisi İstanbulda saya oturub

Türkiyədən Rusiyaya gedən yük gəmisi İstanbulda saya oturub
  • Dünya

  • Türkiyədən Rusiyaya gedən Panama bayraqlı "Petra Star" adlı yük gəmisi mühərrik bölümündə yaranan nasazlıq səbəbindən İstanbulun Beykoz sahilində saya oturub.

    LEQAL.AZ xəbər verir ki, gəmi İstanbuldan Rusiyanın Qafqaz limanına doğru hərəkət edirmiş. Panama bayrağı altında üzən gəminin uzunluğu 190 metrdir.

    Kapitanın yaranan nasazlıqla bağlı məlumatından sonra gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus 19 xilasedici gəmi cəlb olunub.

    Xilasetmə işləri davam etdirilir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər