Dəniz quldurları “MV Mozart” gəmisinin idarəetmə sistemini dağıdıblar

Dəniz quldurları “MV Mozart” gəmisinin idarəetmə sistemini dağıdıblar
  • Dünya

  • Türkiyə tərəfi Nigeriya sahillərində “MV Mozart” adlı gəminin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətini davam etdirir.

    LEQAL.AZ xəbər verir ki, Türkiyənin Nigeriyadakı səfirliyi hadisə ilə bağlı rəsmi Abuca ilə sıx təmasdadır.

    Türkiyənin Nigeriyadakı səfiri Ahmet Melih Ulueren “TRT Haber” telekanalına açıqlamasında bildirib ki, bu işi gecə-gündüz təqib edəcəyik.

    Gəminin quldurların hədəfindən yayınan üç heyət üzvü tərəfindən idarə edildiyi Qabon limanına doğru hərəkətdə olduğu bildirilib.

    Ən son məlumata görə, dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar. Hazırda “MV Mozart” gəmisinin idarəetməsini üzərinə götürən dördüncü kapitan Furkan Yaren “Twitter” sosial şəbəkə hesabından səs yazısı ilə bu barədə paylaşım edib. Onun sözlərinə görə, gəminin işarə-kompas sistemində yalnız radarlar çalışır. Ayağından yaralı olduğunu bildirən dördüncü kapitan qeyd edib ki, gəminin təhlükəsiz bir yerdə lövbər salmasını istəyirlər.

    Qeyd edək ki, gəmi heyətinin 19 üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər