ABŞ Rusiyanın adamlarına sanksiya tətbiq etdi

ABŞ Rusiyanın adamlarına sanksiya tətbiq etdi
  • Dünya

  • ABŞ-ın Ədliyyə Nazirliyi “Ukraynanı sabitsizləşdirmək məqəsdilə Rusiya hökuməti tərəfindən nəzarət olunan fəaliyyətlə məşğul olduqlarına görə” Ukraynanın dörd vətəndaşına qarşı sanksiyalar elan edib.

    Sanksiyalar Ukrayna parlamenti – Ali Radanın fəaliyyətdə olan və “Həyat naminə - müxalifət platforması”nı təmsil edən deputatları (Rusiya prezidentinin xaç qohumu və rusiyayönlü deputat Viktor Medvedçukun silahdaşı) Taras Kozakı və Oleq Voloşini, habelə Regionlar Partiyasından keçmiş deputatlar Vladimir Oleyniki və Vladimir Sivkoviçi hədəfləyir.

    ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Rusiya özünün kəşfiyyat xidmətlərinə Ukraynada hakimiyyəti və ölkənin kritik infrastrukturuna nəzarəti ələ keçirmələri məqsədilə hazırkı və keçmiş Ukrayna hökumət məmurlarının ələ alınmasını tapşırıb.

    Sanksiyalar adı çəkilən şəxslərin maliyyə fəaliyyətlərinin bloklanmasını, habelə onların ABŞ-dakı əmlakının həbsini nəzərdə tutur. Bununla yanaşı həmin adamların birbaşa və dolayısı ilə 50 faiz və ondan daha çox nisbətdə paya malik olduqları təşkilatların fəaliyyəti bloklanır.

    Taras Kozakın malik olduğu “Novini” media holdinqi 112 Ukraina, “ZiK” və “NewsOne” telekanallarının sahibidir. Ötən ilin fevralında prezident Volodimir Zelenski onları “təcavüzkar ölkə” tərəfindən maliyyələşdirilən təbliğatda ittiham edib.

    Kiyev 2021-ci ilin dekabrında holdinqə qarşı sanksiyalar irəli sürüb. 2021-ci ilin mayında Taras Kozak və Viktor Medvedçuk dövlətə xəyanətdə və Krım ərazisində milli resursların talanına qəsddə şübhəli biliniblər. Vladimir Sivkoviçi 2013-cü ilin noyabrında müxalifətin çadır şəhərciyini dağıtmaqda və bununla da 150 nəfərin ölümünə bais olmaqda şübhəli bilirlər. /virtualaz.org


    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər