Bu il ədliyyə işçilərinin peşə bayramı günü əlamətdar bir vaxta düşür. Belə ki, xalqımız torpaqlarımızın, Qarabağımızın erməni işğalından azad edilməsinin ildönümünü – 8 noyabr Zəfər bayramını böyük təntənə ilə qeyd etmişdir.
1918-ci ilin may ayının 28-i müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradlıması ilə Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsi qəbul edilərək ilk parlament və hökumət yaradılmış, ölkənin bayrağı, himni və gerbi qəbul edilmiş, ana dili dövlət dili elan edilmiş, mədəniyyət, maarif, dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, ilk universitet təsis olunmuş, milli ordu quruculuğuna başlanılmışdır.
Xalq Cümhuriyyətinin ilk günlərindən yaradılan dövlət orqanlarından biri də Ədliyyə Nazirliyi olmuşdir. Yeni formalaşdırılan hökumət ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verərək öz işinə ilk növbədə ədalət mühakiməsinin təşkili ilə başlamışdlr. 1918-ci ilin oktyabr ayının 1-də Nazirlər Şurası Bakı dairə məhkəməsinin, o cümlədən prokurorluğun fəaliyyətini bərpa etmiş, həmin ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri və fəaliyyət istiqamətləri müəyyənləşdilrilmişdir. Nazirlik ilk növbədə öz işini ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa olunmuş, binalar qaydaya salınmiş, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır.Hökumətin 11 avqust 1919-cu il tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tabeliyində olan həbsxanalar Ədliyyə Nazirliyin tabeliyinə verilmişdir. Kadrlara olan tələbat nəzərə alınaraq hüquq kursları təşkil edilir və ölkənin müxtəlif regionlarından gənc, savadlı insanlar həmin kurslara cəlb edilir.
1920-ci ildə Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılır ,onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, onlara rəhbərlik edilməsi, qanunçiluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci il tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilir və bununla da Azərbaycan ədliyyəsinin tarixində yeni bir mərhələ başlanmış olur.
Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ədliyə orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu qayğının təzahürü olaraq Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Bundan əlavə bu müddətdə ədliyyə nazirliyinin fəaliyyəti üçün qanunvericilik əsaslı surətdə yenilənmiş, ədliyyənin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.
Ədliyyə sahəsində həyata keşirilən islahatlar çərçivəsində 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”Azərbaycan Respubliksı Qanunu qəbul edilmiş, qanuna əsasən test üsulu ilə ədliyyə orqanlarına xeyli gənc kadr qəbul edilmişdir. Həmin ildə qəbul edilmiş islahatlarıln biri də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində həyata keçmişdir.Belə ki,Prezidentin “Ədliyyə orqanlarının inkişafı haqqında” sərəncamına VVAQ şöbələri ləğv edilərək daha geniş səlahiyyətlərə malik rayon, şəhər qeydiyyat şöbələri yaradılmışdır.
Vətən müharibəsində ədliyyə işçiləri də mərdlik göstərmiş, torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban vermişlər.Bu müharibədə 4 ədliyyə işçisi qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan ədliyyəsinin nüfuzunu yüksək tutan ədliyyə işçiləri dövlət başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyqun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək və daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
İlqar MƏHƏRRƏMOV,
Masallı rayon Qeydiyyat şöbəsinin rəisi,
ədliyyə müşaviri.