Aktauda bir neçə saatlıq sükutdan sonra yenidən etiraz aksiyaları başlayıb. Bu barədə Qazaxıstanın dövlət televiziyası məlumat yayıb.
"Leqal" Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, polis etirazçıları mühasirəyə alıb, lakin insanlar şəhərin mərkəzi meydanına gəlməkdə davam edir.
Həmçinin bir qrup etirazçı hava limanına gedən yolu da bağlayıb.