Avropada koronavirusa rekord sayda yoluxma qeydə alındı

Avropada koronavirusa rekord sayda yoluxma qeydə alındı
  • Dünya

  • Avropada koronavirusa rekord sayda yoluxma qeydə alınıb. Böyük Britaniyada Milad bayramında 122 mindən çox insan koronavirusa yoluxub.

    Almaniyada son sutka ərzində 22,2 min yeni yoluxma halı aşkarlanıb, 157 nəfər ölüb.

    Portuqaliyada isə yoluxma 12,9 min nəfər təşkil edir ki, bu da rekord rəqəmdir.

    İrlandiyada ötən günlə müqayisədə 2,5 mindən çox insan infeksiya ilə rastlaşıb.

    Fransada Milad ərəfəsində 94 mindən çox insanın koronavirus testi müsbət çıxıb.

    Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda "omikron"un artıq 110 ölkədə tapıldığı bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər