“Honda” 790 minə yaxın avtomobilini geri çağırdı

“Honda” 790 minə yaxın avtomobilini geri çağırdı
  • Dünya

  • Yaponiyanın avtomobil istehsalçısı “Honda” 788 min avtomobilini geri çağırıb. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

    Bu addıma səbəb avtomobillərin yük yerindəki problemlərdir. Geri çağırılan avtomobillərin təxminən 725 mini ABŞ-dadır.

    “Passport”, “Pilot” və “Ridgeline” avtomobillərinin istehsal ili modeldən asılı olaraq 2016-2019-cu illər arasında dəyişir.
    PAYLAŞ:

    Oxşar xəbərlər