Ürəyindən qəlpə yarası almış qazi Elçindən xəbər var - VİDEO

Ürəyindən qəlpə yarası almış qazi Elçindən xəbər var - VİDEO
  • Cəmiyyət

  • Vətən müharibəsi qazisi Elçin Səmədov müalicədən sonra yeni evinə dönüb.

    milli.az bildirir ki, İTV əməkdaşları qazimizin yeni evində qonaq olub. Bakıda müalicəsini uğurla başa vuran qazi Qəbələyə, evinə qayıdıb.

    Müalicədən sonra Elçinin nitqində xeyli irəliləyiş var. Əvvəlkinə nisbətən az da olsa gəzə bilir. Günü gündən vəziyyəti daha da yaxşılaşır.

    Qazinin yeni evi xeyirxah insanlar tərəfindən tikilib. O, əvvəllər vaqon evdə yaşayırdı. 

    Xatırladaq ki, Elçin Səmədov Vətən müharibəsində ürək nahiyyəsindən qəlpə yarası almışdı.

    PAYLAŞ:

    Oxşar xəbərlər