Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirildi.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Xocalı dəhşətlərini öz gözləri ilə görən Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Aynurə Abışova çıxış edərək Xocalı faciəsində yaşadığı acı xatirələrindən bəhs etdi.
Anasının onu və iki bacısını çox çətinliklərlə qarlı meşədən keçərək oradan uzaqlaşdırmasından danışdı. Xocalılı bir gənc olaraq bu faciənin təbliğində əlindən gələni edəcəyini və bütün müasir imkanlardan istifadə edərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdıracağını bildirdi.
"Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin sədri Miraqil Seyidzadə çıxışında qeyd etdi ki, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı
"Azərbaycan İdman Könüllüləri" ictimai birliyi bəyanat verib və bəyanatın ingilis dilindəki mətni dünyada fəaliyyət göstərən 3000-dən artıq idman təşkilatlarının rəhbərlərinə göndərilib.
Bəyanatda Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib.
Xocalı soyqırımına həsr edilmiş anım tədbirləri bir daha sübut edir ki, həmin qanlı gecədə ermənilərin törətdikləri vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək
LEQAL.AZ