Azərbaycan dövləti uzun və tarixi inkişaf dövrü keçmişdir. Tarixi qərinələrə nəzər salsaq görə bilərik ki, xalqımızın tarixi,mədəniyyəti, ədəbiyyatı, musiqisi, incəsənəti necə zəngin və təkrarolunmazdır. Hər bir sahəyə nəzər saldıqda, bu rəngarəng, fərqli xüsusiyyətlərə malik bir ölkəni, xalqın bu qədər qısqanılması, hədəfə çevrilməsinin əsl səbəblərini açıq-aşkar görə bilərik. Uzun bir tarixi yol keçmiş dövlət hər bir zaman öz sərkərdələri, xadimləri, liderləri ilə daima seçilib. Məhz bu şəxsiyyətlərin dövlətimizin quruculuğunda rolu, mövqeyi danılmazdır. Zaman-zaman tarix Azərbaycan xalqının əbədi yaddaşında iz salacaq şəxsiyyətlər bəxş etmişdir. Bugün biz varıqsa, müstəqil bir ölkənin vətəndaşıyıqsa bunu biz həmin liderlərə borcluyuq.
On altı il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalqımız növbəti dəfə müdrik seçim edərək, gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi.Sözsüz ki, bu seçim Heydər Əliyev kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimadından qaynaqlanırdı.Praqmatizm,çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik qabiliyyəti bütün bunlar məhz Prezident İlham Əliyevə məxsusdur.O Azərbaycanı zamanın çağırışına məharətlə uyğunlaşdıra bilib.Ölkəmizdə mövcud ictimai -siyasi və sosial -iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirilir.İlham Əliyev seçildiyi ilk gündən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz vermişdi.O hər bir vətəndaşın prezidenti olacağına və xalqın mənafeyini qoruyacağına söz vermişdi.
Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi düşmüş Prezidentimizin həyat yolunun bəzi səhifələrini vərəqləsək necə bir şəxsiyyətin başçılıq etdiyi dövlətin sakinləri olmağımıza fəxr edərik. Onun Azərbaycan dövlətinə başçılıq etdiyi dövrdə ölkəmizin necə bir modern dövlətə çevrildiyini, yeni bir inkişaf dövrünə qədəm qoyduğu, bütün şəhərlərin inkişaf edərək tanınmaz dərəcədə dəyişdiyini görərik. Bu yenilənmə xalqın rifahının yüksəlməsi, problemlərin bir qisminin öz həllini tapması,dövlətimizin vahid bir yumruq altında birləşməsi idi. Bəli "Dəmir yumruq". Elə bir yumruq ki xalqın gücünü,vəhdətini,mübarizliyini bütün dünyaya bəyan etdi.
Prezidentimiz öz əsas vəzifəsini xalqına xidmətdə gördü. Xalqın dəyərlərini, birliyini, hüquqlarını qorumaqda gördü. Xalq bu yumruq ətrafında birləşdi, qüvvətləndi, mübarizləndi. Xalq bu yumruqla irəlilədi, fəxrləndi, qələbə çaldı.
Artıq dövlətimiz 30 illik bir tarixi yenilədi. 30 illik bir işğal tarixini dəyişdi. 30 il sonra 44 günlük bir zəfər tarixinə imza atdı. Xalq öz liderinə hər bir zaman böyük dəstək göstərib. Xalq hər bir zaman öz liderinin ətrafında sıx birləşib .Bu etimadı, inamı hər bir dövlət başçısı qazanmır. Amma İlham Heydər oğlu Əliyev bunu bacardı. Haqq yolunda mübarizədə xalqı öz arxasıyca aparmağı bacardı. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, əzmli və azad olmayıb. Bu bir xalqın seçimi, bir xalqın inamı nəticəsində baş verdi. Bu inamı doğruldan prezident və xalq vəhdəti oldu. Liderimizin qətiyyətinin nəticəsidir ki,ən ağır vəziyyətlərdə belə Azərbaycan xalqı heç kimin qarşısında baş əymədi, sözünü cəsarətlə və inamla deyə bilir.
"Qarabağ Azərbaycandır və nida"! Tribunada deyilən bu fikir sahibinin dünyaya çağırışı əbəs yerə deyildi. Bu bir səsləniş, bir bildiriş idi. Bu sözü bütün dünyaya çatdıran və əməli ilə sübut edən bizim liderimiz, prezidentimiz idi. Bu elə-belə deyilən bir söz yox, bir bildiriş, bir çalınan təbil idi. Bu bir çox beyinlərdəki fikirlərə qoyulacaq bir nöqtə idi.Artıq bu real oldu. Məhz " Dəmir yumruq " siyasətinin nəticəsidir ki, bugün biz rahatlıqla deyə bilirik ki, "Qarabağ Azərbaycandır". Bu amal , bu istək xalqımızı birləşdirdi. Xalqımız və hər bir dünya azərbaycanlısı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. Məhz bu şəxsiyyətin illər əvvəl başladığı uğurlu yol siyasəti Azərbaycanı zirvələrə qaldırdı ,bütövləşdirdi, qururlandırdı. Artıq bugün güclü, müstəqil, abad, azad və firavan yaşayan, öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, uğurları ilə hər kəsi lərzəyə salan və qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir!
Ceyhun Hüseynov,
Masallı RMX, İƏ şöbəsi