15 oktyabr 2024-cü il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 21-ci ildönümü və 2023-cü il oktayrbın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılmasının birinci ildönümü münasibətilə “Biz tarix yazırıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, QMƏVŞA İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, Qarabağ Qaziləri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, YAP Qaradağ rayon təşkilatının fəalları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini yad ediblər.
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SonraMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyii ilə son 21 ildə qazanılan uğurlardan Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasında və azad edilmiş ərazilərdə aparılan böyük bərpa və quruculuq işlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev 15 oktyabrın Azərbaycan tarixində xüsusi rol oynayan günlərdən biri olduğunu xatırladıb. Q.Əliyev bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirlimiş prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev ilk dəfə dövlətimizin başçısı seçilib. Ötən 21 illik tarixə nəzər salan YAP rayon təşkilatının sədri həmin dövrün hər bir ilinin xalqımızın tarixində önəmli rol oynadığını, Azərbaycanın sürətli inkişaf yolu keçərək regionun lider dövlətinə çevrildiyini, 2020-ci ilin sentaybrında başlayan Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edildiyini, 2023-cü il sentyabrın 19-20-də baş tutan antiteror əməmliyyatı nəticəsində ölkəmizdə separatçılağa son qoyulduğunu və həmin il oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağının qaldırılmasını tariximizin ən parlaq və möhtəşəm səhifəsi kimi vurğulayıb. Qafar Əliyev qeyd edib ki, dövlət müstəqilliyi və azadlıq hər bir xalqın ən böyük arzusudur. 1992-ci ildə Azərbaycanın seçilmiş ziyalılarından olan məşhur “91-lərin” Heydər Əliyevə ünvanladığı müraciətin mətnində məhz həmin müddəa xüsusi yer tuturdu. Sonralar bu məqamlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və ölkəmizin inkişafında xüsusi rol oynamış Yeni Azərbaycan Partiyasının Proqramında da öz əksini tapdı. Tarix sübut etdi ki, bu gün Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyini açarı xalqımızın öz əlindədir.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov tarixə ekskurs edərək ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində xalqımzın qarşılaşdığı özbaşınalıq, xaos, vətəndaş müharibəsi, iqtisadi tənəzzül barədə ətarflı danışıb. Həmin vaxt ziyalılardan bir qrupunun bütün bu fəlakətlərdən çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördüyünü və bu məqsədlə Naxçıvana gedərək Ümummili liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını xatırladıb. 1993-2003-cü illəri Azərbaycan tarixinin dirçəliş dövrü adlandıran M. Bayramov məhz həmin vaxt atəşkəsin nail olunmasının, “Əsrin müqaviləsi”nin imzalanmasının, aparılan islahatların bu günkü uğurlara yol açdığını bildirib. Ulu öndər Heydər Əliyevin vəfatından əvvəl xalqımıza müraciətini xatırladan şöbə müdiri onun “Mən İlham Əliyevə özüm qədər inanıram” sözlərini xatırladaraq, xalqımızın da Ulu öndərin bu tövsiyyəsinə inandığını və 2003-cü ildə dövlətimizin başçısı seçilən İlham Əliyev ətrafında bir yumruq kimi birləşərək bugünkü Zəfərə çatdığın vurğulayıb.
Tədbirdə digər çıxış edənlər: 180 nömrəli məktəbin direktoru Atakişi Cəfərov, 184 nömrəli məktəbin direktoru Müşfiq Məmmədov, Lökbatan Tibb Mərkəzinin əməkdaşı Gül Qədirli, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qarabağ filialının sədr müavini Qafqaz Əhmədov və digərləri 15 oktyabr 2003-cü il tarixinin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, azad edilmiş ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərindən geniş bəhs ediblər.
Tədbirə yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçılara minnətdarlığını bildirib. Sonda xatirə fotosu çəkdirilib.