Tanınmış azərbaycanlı biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin əməkdaşı Həkim Muradov vəfat edib.
“Leqal.az” xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Qeyd edək ki, Həkim Hüseyn oğlu Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlayıb və tez bir zamanda Moskva şəhərinə ezam edilib. H. Muradov SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların Bioüzvükimyası Laboratoriyasında elmi tədqiqata başlayıb.