Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxub, bir nəfər ölüb

Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxub, bir nəfər ölüb
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər ölüb.

    İndiyədək ölkədə ümumilikdə 792 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 416 nəfər müalicə olunaraq sağalıb, 9 704 nəfər vəfat edib. 185 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343, bu günə qədər isə ümumilikdə 6 755 203 test icra olunub.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər