Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 792 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib. 329 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2106, bu günə qədər isə ümumilikdə 6 716 463 test icra olunub.

    Qeyd edək ki, dünən 42 nəfər koronavirusa yoluxmuşdu.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər