Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 156 yeni yoluxma faktı qeydə alınıb, 1 739 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 607 076 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580 495 nəfər müalicə olunaraq sağalıb, 8 137 nəfər vəfat edib. 18 444 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 848, bu günə qədər isə ümumilikdə 5 706 189 test icra olunub.
***
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 356 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 520, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 286 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 550 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 960 235, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 128 454, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 626 667 nəfər təşkil edir.
Ümumilikdə isə 1 205 114 buster doza vurulub.