Azərbaycanda daha 276 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda daha 276 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb
  • Cəmiyyət / Maraqlı

  • Son sutkada Azərbaycanda koronavirusa 276 yeni yoluxma faktı qeydə alınıb, 808 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 789 757 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 776 514 nəfər müalicə olunaraq sağalıb, 9 547 nəfər vəfat edib, aktiv xəstə sayı 3 696 nəfərdir.

    Ölkədə son sutka ərzində 4 142, hazırkı dövrədək isə 6 607 460 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər