Azərbaycanda koronavirus infeksiyasına daha 1095 yoluxma faktı qeydə alınıb, 547 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına daha 1095 yoluxma faktı qeydə alınıb, 547 nəfər sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1095 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb.

    LEQAL.AZ xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 55 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 min 543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib. Aktiv xəstə sayı 10996 nəfərdir.

    Ötən müddət ərzində 1 milyon 352 min 907 test aparılıb. Bugünkü test sayı isə 11441-dir.
    PAYLAŞ:

    Oxşar xəbərlər