Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 629 min 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 min 605 nəfər müalicə olunaraq sağalıb, 8 min 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 min 183 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 116, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 37 min 787 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 26 min 784 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 min 514 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 756 min 566, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 208 min 739, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 723 min 586, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 824 min 241 təşkil edir.