Azərbaycanda daha 17 nəfər koronavirusdan vəfat edib

Azərbaycanda daha 17 nəfər koronavirusdan vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 785 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib, aktiv xəstə sayı 10 880 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 860, ötən müddət ərzində isə 6 554 964 ümumilikdə test aparılıb.

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər