Azərbaycanda son sutkada 4 687 nəfər COVID-19-a yoluxub, 28 nəfər vəfat edib

Azərbaycanda son sutkada 4 687 nəfər COVID-19-a yoluxub, 28 nəfər vəfat edib
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4687 yeni yoluxma faktı qeydə alınıb, 6506 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 752 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 565 nəfər müalicə olunaraq sağalıb, 9 105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 935 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 682, ötən müddət ərzində isə ümumilikdə 6 414 158 test aparılıb.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər