Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 749 yeni yoluxma faktı qeydə alınıb, 3 971 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 747 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9 077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 251, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.
LEQAL.AZ