2021-ci ilin son statistikası: koronavirusdan daha 12 nəfər vəfat etdi

2021-ci ilin son statistikası: koronavirusdan daha 12 nəfər vəfat etdi
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanda koronavirusa 595 yeni yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 616 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 043 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 549, bu günə qədər isə ümumilikdə 5 863 885 test icra olunub.


    Ötən gün koronavirus əleyhinə 28 059 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 109, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 309 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 520, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 264 təşkil edir.


    PAYLAŞ:

    Oxşar xəbərlər