Azərbaycanda koronavirus: yeni yoluxanlar, sağalanlar, ölənlər...

Azərbaycanda koronavirus: yeni yoluxanlar, sağalanlar, ölənlər...
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib. 

    İndiyədək ölkədə ümumilikdə 617 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 min 69 nəfər müalicə olunaraq sağalıb, 8 min 375 nəfər vəfat edib. 8 min 235 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 435, bu günə qədər isə ümumilikdə 5 milyon 876 min 764 test icra olunub.


    Son sutkada COVID-19 əleyhinə 42 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 346 min 285, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 169 min 401, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 676 min 609, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 500 min 275 təşkil edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər