Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu

Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
  • Cəmiyyət

  • 25 iyun 2026-cı il tarixində Masallı şəhər “Cümə” məscidində və Masallı rayonunun Boradigah qəsəbə sahə xəstəxanasında Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Lənkəran bölməsi tərəfindən Məhərrəm ayının “Aşura günü” ilə əlaqədar könüllü qanvermə aksiyası keçirilmişdir.

    Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon sakinləri iştirak etmişlər.

    Aksiya iştirakçıları qan və qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə könüllü olaraq qan vermiş, “Aşura günü” münasibətilə və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxumuşlar.

    PAYLAŞ:

    Oxşar xəbərlər