Masallı rayonunda 2026-cı ilin mart ayında ərazi nümayəndəlikləri, idarə, müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumat.
Masallı şəhər ərazisində yollarda cari təmir işləri görülmüşdür.
Masallı şəhər ərazisində qanunsuz reklam lövhələri yığışdırılmışdır.
Masallı şəhəri H. Aslanov küçəsində güclü külək nəticəsində qırılaraq yola düşmüş ağac yoldan dərhal götürülmüş və yolda hərəkət bərpa edilmişdir.
Masallı şəhər ərazisində olan tullantılar poliqonunda Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi tərəfindən təmizlənmə işləri aparılmışdır.
Ərkivan qəsəbə ərazisində xeyriyyəçilər tərəfindən 30 aztəminatlı ailəyə ümumilikdə 1500 manat məbləğində ərzaq yardımı göstərilmişdir.
Ərkivan ərazisində ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə 7 yaşlı Pərviz Mirzəyevin sağlamlığı ilə əlaqədar yardım aksiyası keçirilmiş və xeyriyyəçilər tərəfindən 120000 manat vəsait toplanmışdır. 185 aztəminatlı ailənin hər birinə dəyəri 60 manat olan ərzaq yardımı, 110 ailənin hər birinə 2 kq ət yardımı və 30 aztəminatlı ailənin hər birinə dəyəri 50 manat olan ərzaq yardımı olunmuşdur.
Ərkivan qəsəbə ərazisində ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən I kursda təhsil alan 31 əlaçı və zərbəçi tələbə, hal-hazırda orta məktəbdə təhsil alan 7 əlaçı şagird olmaqla ümumilikdə 38 nəfərə 8250 manat pul mükafatı verilmişdir.
Ərkivan qəsəbə bələdiyyəsi tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar olaraq 6 aztəminatlı ailənin hər birinə 100 manat olmaqla ümumilikdə 600 manat maddi yardım olunmuşdur.
Ərkivan qəsəbəsində Masallı Elektrik Şəbəkəsi tərəfindən bir ədəd yararsız işıq dirəyi yenisi ilə əvəz olunmuşdur.
Boradigah ərazisində Vəhdət Xeyriyyə Cəmiyyəti tərəfindən aztəminatlı və ailə başçısını itirmiş 23 ailənin hər birinə 200 manat məbləğində maddi və 50 manat dəyərində ərzaq yardımı olunmuş, aztəminatlı ailələrdən olan 5–8-ci sinif şagirdlərinin hazırlıq kurslarında iştirakını təmin etmək məqsədilə müəllimlərə 1350 manat vəsait ayrılmış və ərazidə futbola və güləşə maraq göstərən uşaqların məşğələlərə qoşulması üçün müəllimlərə əlavə olaraq 300 manat maddi yardım olunmuş, 300 ailəyə Novruz və Ramazan bayramları ilə əlaqədar hər birinin dəyəri 150 manat olan ərzaq yardımı olunmuşdur.
Boradigah ərazi nümayəndəliyi tərəfindən 28 ailəyə Ramazan və Novruz bayramları münasibətilə hər birinə 70 manat dəyərində ərzaq yardımı olunmuşdur.
Təzə Alvadı ərazisində xeyriyyə fondu tərəfindən 32 aztəminatlı ailəyə ümumilikdə 1735 manat məbləğində ərzaq yardımı olunmuşdur.
Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən kənd qəbiristanlığına su çəni quraşdırılmışdır.
Təzə Alvadı ərazisində 100 ədəd göyrüş ağacı əkilmişdir.
Təzə Alvadı kəndində xeyriyyə fondu tərəfindən 400 metr məsafədə küçə işıqlandırma sistemi quraşdırılmış, Milli Qəhrəman Elşad Əhədovun heykəlinin və 1941–1945 abidəsinin ətrafına 15 metr məsafədə çəpər və dəmir borular quraşdırılmış, 32 aztəminatlı ailənin hər birinə 52 manat olmaqla ümumilikdə 1665 manat dəyərində ərzaq yardımı olunmuşdur.
Təzə Alvadı ərazisində nümayəndəlik tərəfindən 1 aztəminatlı ailəyə 50 manat dəyərində maddi yardım olunmuşdur.
Öncəqala ərazisində xeyriyyəçilər tərəfindən 15 aztəminatlı ailəyə ümumilikdə 520 manat məbləğində ət yardımı göstərilmişdir.
Öncəqala ərazisində tənha yaşayan Markizə Cahangirovanın evində ərazi nümayəndəliyinin maddi dəstəyi ilə 3 ədəd plastik pəncərə quraşdırılmışdır. Həmçinin, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilmişdir. Eyni zamanda, aztəminatlı Əhmədov Əbil Rzabala oğluna xeyriyyəçilər tərəfindən 50 manat məbləğində maddi yardım edilmişdir.
Öncəqala ərazisində Masallı MKTİB tərəfindən yol kənarında 47 ədəd küknar ağacı əkilmişdir.
Öncəqala ərazisində xeyriyyəçilər tərəfindən Ramazan bayramı münasibətilə 10 aztəminatlı ailəyə ümumi dəyəri 258 manat olan ərzaq yardımı göstərilmişdir.
Öncəqala ərazisində nümayəndəlik tərəfindən aztəminatlı Sarıbalayeva Mətanət Müntəzər qızına 50 manat məbləğində maddi yardım olunmuşdur.
Öncəqala ərazisində küçə işıqlandırma sistemlərində təmir işləri aparılmışdır.
Öncəqala ərazisində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 125 ədəd ağac əkilmişdir.
Çaxırlı ərazisində bələdiyyə tərəfindən aztəminatlı ailələrə 400 manat maddi yardım göstərilmişdir.
Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində xeyriyyəçilər tərəfindən 200 metr məsafədə kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Qızılağac ərazisində xeyriyyəçilər tərəfindən 84 aztəminatlı ailəyə ümumilikdə 3805 manat ərzaq yardımı olunmuş və Qızılağac kənd məscidinin döşəməsinə nümayəndəliyin təşəbbüsü ilə laminat döşənmişdir.
Xıl ərazi nümayəndəliyinin təşkilatçılığı ilə xeyriyyəçilər tərəfindən aztəminatlı Xəlilova Gülnarə Mirzəmməd qızına 150 manat məbləğində kommunal xərclərinin ödənilməsi üçün maddi köməklik göstərilmişdir.
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 130 aztəminatlı ailəyə ümumi dəyəri 7740 manat olan ərzaq yardımı göstərilmişdir.
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 15 aztəminatlı ailənin hər birinə 29 manat dəyərində ərzaq yardımı göstərilmişdir.
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 9 aztəminatlı ailənin hər birinə 80 manat dəyərində ərzaq yardımı göstərilmişdir.
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 150 aztəminatlı ailənin hər birinə 2 kq ət yardımı (ümumilikdə 5100 manat) verilmiş, həmçinin 6 aztəminatlı ailənin hər birinə 100 manat dəyərində ərzaq yardımı göstərilmişdir.
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailənin hər birinə 37 manat dəyərində ərzaq yardımı göstərilmişdir (ümumilikdə 740 manat).
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 9 aztəminatlı ailənin hər birinə 80 manat dəyərində ərzaq yardımı göstərilmiş, həmçinin səhhətində problem olan bir uşağın dərman xərcləri üçün 480 manat maddi yardım edilmişdir (ümumilikdə 1200 manat).
Bədəlan ərazisində körpü ətrafı çəpərlənmiş, 20 ağac əkilmiş və 30 metr sahəyə çınqıl tökülərək hamarlanmışdır (1000 manat).
Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən aztəminatlı ailələrin aptekə olan 2000 manat məbləğində borcları silinmişdir.
Bədəlan ərazisində nümayəndəliyin təşəbbüsü ilə Dəmirçi kəndində xeyriyyəçilər tərəfindən ərzaq mağazalarına borcu olan aztəminatlı ailələrin 2500 manat məbləğində borcu silinmişdir.
Böyük Kolatan ərazisində nümayəndə tərəfindən aztəminatlı Ağayeva Məlahət Novruz qızının evi sığortalanmışdır.
Böyük Kolatan ərazisində bələdiyyə tərəfindən şəhid ailələri və aztəminatlı ailələr daxil olmaqla ümumilikdə 35 ailənin hər birinə 56 manat olmaqla, ümumi dəyəri 1960 manat olan ərzaq yardımı göstərilmişdir.
Böyük Kolatan ərazisində xeyriyyəçilər tərəfindən kənddaxili yola 3 yük maşını çınqıl tökülərək hamarlanmışdır (1050 manat). Həmçinin, Böyük Kolatan kənd sakini Rzayev Elman tərəfindən zəbt edilmiş bələdiyyə torpağı ərazi nümayəndəsi və Kolatan bələdiyyəsi tərəfindən zəbtdən azad edilmişdir.
Böyük Kolatan, Bağıroba və Bala Kolatan kəndlərinin sakinləri üçün Kolatan bələdiyyəsi tərəfindən hesabat yığıncağı keçirilmişdir.
Xırmandalı ərazi nümayəndəliyi və bələdiyyənin müraciəti əsasında Ərəb kəndində 150 metr uzunluğunda suaparıcı kanal Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən təmizlənmişdir.
Xırmandalı ərazisində nümayəndəliyin və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən kənddaxili 80 metr yola çınqıl tökülərək hamarlanmışdır.
Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü ilə Novruz və Ramazan bayramları münasibətilə xeyriyyəçilər tərəfindən 12 aztəminatlı ailənin hər birinə 50 manat dəyərində ərzaq yardımı göstərilmişdir (ümumilikdə 600 manat).
Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 5 aztəminatlı ailənin hər birinə 50 manat dəyərində ərzaq yardımı göstərilmişdir (ümumilikdə 250 manat).
Xırmandalı ərazisində nümayəndəliyin və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 110 ədəd Eldar şamı ağacı əkilmişdir.
Xırmandalı ərazisində nümayəndəlik tərəfindən 6 ədəd bayraq yenisi ilə əvəz olunmuşdur.
Xırmandalı ərazisinin Hacitəpə kəndində əkilmiş ağaclar rənglənmişdir.
Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 18 aztəminatlı ailəyə ümumilikdə 960 manat dəyərində ərzaq yardımı göstərilmişdir.
Sığdaş ərazisinin Xanalıyan kəndində mərasim evinin tikintisi ilə bağlı Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən 1000 manat maddi yardım olunmuşdur.
Sığdaş ərazisində bələdiyyə tərəfindən şəhid ailələri və aztəminatlı ailələr daxil olmaqla ümumilikdə 35 ailənin hər birinə 56 manat olmaqla 1960 manat dəyərində ərzaq yardımı göstərilmişdir.
Sığdaş kəndində Kolatan bələdiyyəsi tərəfindən 3 aztəminatlı ailənin hər birinə 56 manat olmaqla ümumilikdə 168 manat dəyərində ərzaq yardımı olunmuşdur.
Türkoba ərazisində mərasim evinin tikintisinə başlanmışdır.
Türkoba ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü, xeyriyyəçilərin dəstəyi ilə 10 aztəminatlı ailənin hər birinə 20 manat olmaqla ümumilikdə 200 manat ərzaq yardımı, 30 aztəminatlı ailənin hər birinə 2 toyuq olmaqla ümumilikdə 480 manat dəyərində ərzaq yardımı və 2 aztəminatlı ailənin hər birinə 30 manat manat maddi yardım olunmuşdur.
Viləş ərazisində işıqfor quraşdırılmışdır.
Viləş ərazisində məktəbə gedən yolun ətrafında və məktəbin həyətində ümumilikdə 110 ədəd ağac əkilmişdir.
Viləş ərazisində uzunluğu 1,1 km məsafədə kəndarası yola çınqıl tökülərək hamarlanmışdır.
Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin həyətində abadlıq işləri aparılmışdır.
Təzəkənd ərazisində xeyriyyəçilərin dəstəyi ilə kənddaxili 20 metr yol cari təmir olunmuş, həmçinin kənd qəbiristanlığında abadlıq işləri aparılmışdır.
Təzəkənd ərazisində ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə 47 saylı Yol İstismarı İdarəsi tərəfindən 1,6 km kənddaxili yol qreyderlə hamarlanmışdır.
Təzəkənd kəndində “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar 50 ədəd ağac əkilmişdir.
Sərçuvar və Təzəkənd ərazi nümayəndəliyi tərəfindən Sərçuvar dairəsindəki ağaclara texniki qulluq edilmiş və yanmış 12 ağacın yerinə yeni ağaclar əkilmişdir.
Təzəkənd ərazisində xeyriyyə fondu tərəfindən 15 aztəminatlı ailənin hər birinə 17 manat olmaqla ümumilikdə 255 manat dəyərində ərzaq yardımı olunmuşdur.
Sərçuvar ərazisində Milli Qəhrəman Səfəralı Məmmədovun anası YAP Masallı rayon təşkilatının sədri və əməkdaşları tərəfindən ziyarət olunmuşdur.
Sərçuvar ərazisində ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçi tərəfindən 1 aztəminatlı qadına 30 manat dəyərində ərzaq yardımı göstərilmişdir
Sərçuvar ərazi nümayəndəliyinin inzibati binasının divarları və ətrafındakı ağaclar ağardılmışdır.
Sərçuvar ərazi nümayəndəliyinin təşəbbüsü ilə Sirəbil xeyriyyə cəmiyyəti tərəfindən 7 aztəminatlı ailənin hər birinə 100 manat olmaqla, ümumilikdə 700 manat maddi yardım edilmişdir. Həmçinin, nümayəndəlik tərəfindən 2 aztəminatlı ailənin hər birinə 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində ərzaq yardımı göstərilmişdir. Eyni zamanda, Sərçuvar məscidinin giriş hissəsinə xeyriyyəçilərin dəstəyi ilə metlax vurulmuşdur.
Həsənli ərazisində bələdiyyə tərəfindən bir aztəminatlı ailəyə 60 manat dəyərində ərzaq yardımı edilmişdir.
Həsənli ərazi nümayəndəliyinin təşəbbüsü ilə Xırmandalı bələdiyyəsi və xeyriyyəçilər tərəfindən 5 ailənin hər birinə 50 manat olmaqla ümumilikdə 250 manat dəyərində ərzaq yardımı edilmiş, Həsənli kəndində 180 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmış (540 manat), Həsənli və Təkdam kəndlərində 150 ədəd göyrüş ağacı əkilmişdir. Ərazinin Təkdam kəndində qəbiristanlığın 50 metr uzunluğunda dəmir hasarı rənglənmişdir (130 manat).
Göyəçöl ərazisində xeyriyyəçilər tərəfindən 240 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Köhnə Alvadı ərazisində xeyriyyə fondu tərəfindən 80 aztəminatlı ailəyə ümumi dəyəri 5600 manat olan ərzaq yardımı olunmuşdur.
Köhnə Alvadı ərazisində ərazi nümayəndəliyi, bələdiyyə və məktəblə birlikdə 50 ədəd sərv ağacı əkilmişdir.
Köhnə Alvadı ərazisində bələdiyyə tərəfindən 250 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (700 manat).
Köhnə Alvadı ərazisində xeyriyyə fondu tərəfindən səhhətində problem olan vətəndaşa 300 manat məbləğində maddi yardım olunmuşdur.
Köhnə Alvadı ərazisində Milli Məclisin deputatı Fəzail İbrahimli seçicilərlə qəbul keçirib.
Köhnə Alvadı kənd ərazisində “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar 32 ədəd palma ağacı əkilmişdir.
Köhnə Alvadı ərazisində 120 metr kəndarası yola çınqıl tökülərək hamarlanmış (330 manat) və şəhid ailəsi üçün tikilən evdə suvaq işlərinə başlanılmışdır.
Musakücə ərazisində nümayəndəliyə müraciət etmiş Vətən müharibəsi iştirakçısı Qurbanov Rauf Fəxrəddin oğlunun səhhətində yaranmış problemlə əlaqədar xeyriyyəçi tərəfindən 200 manat, Musakücə bələdiyyəsi tərəfindən isə 100 manat məbləğində yardım olunmuşdur.
Musakücə ərazisində bələdiyyə tərəfindən küçə işıqlandırılmasının 100 metr elektrik xətti yenisi ilə əvəz olunmuş və elektrik naqillərinə toxunan ağaclar budanmışdır.
Musakücə ərazisində xeyriyyəçilər tərəfindən Ramazan və Novruz bayramları münasibətilə 35 aztəminatlı ailənin hər birinə dəyəri 108 manat olan ərzaq yardımı olunmuşdur (3800 manat).
Musakücə ərazisində xeyriyyəçilər tərəfindən 10 aztəminatlı ailənin hər birinə 60 manat dəyərində ərzaq yardımı olunmuşdur (600 manat).
Banbaşı ərazisində nümayəndənin təşəbbüsü ilə bələdiyyə tərəfindən Binə Xocavar–Çaxırlı yolunda cari təmir işləri aparılmışdır (2000 manat).
Banbaşı ərazisinin Binə Xocavar kəndində xeyriyyəçilər tərəfindən 700 metr kənddaxili yollarda cari təmir işləri görülmüşdür (3200 manat).
Banbaşı ərazisinin Böyük Xocavar kəndində Masallı–Göytəpə magistral yolunun kənarına 30 ədəd sərv ağacı əkilmişdir.
Banbaşı ərazi nümayəndəliyi və Banbaşı bələdiyyəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ərazinin Binə Xocavar kəndində ümumilikdə 150 ədəd sərv ağacı əkilmişdir.
Banbaşı ərazisində 24 aztəminatlı ailənin hər birinə 100 manat olmaqla ümumilikdə 2400 manat dəyərində ərzaq yardımı göstərilmiş, Böyük Xocavar kəndində 300 metr kənddaxili yol qreyderlə hamarlanmış, Böyük Xocavar kəndində 900 metr məsafədə yol gecə işıqlandırılması sistemi ilə təmin olunmuşdur (4240 manat).
Təklə ərazisində 12 inzibati ərazinin iştirakı ilə 100 ədəd ağac əkilmişdir.
Təklə ərazisində nümayəndəliyin təşkilatçılığı ilə xeyriyyəçilər tərəfindən 300 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (400 manat).
Hişkədərə ərazisində nümayəndəliyin təşəbbüsü və xeyriyyəçilər tərəfindən aztəminatlı Əhmədova Nəzakət Qulamhüseyn qızına nəvəsinin sağlamlığı ilə bağlı maddi yardım olunmuşdur (1000 manat).
Hişkədərə ərazisində ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyə cəmiyyəti tərəfindən Ramazan və Novruz bayramı ilə əlaqədar 18 aztəminatlı ailəyə ərzaq yardımı, 3 aztəminatlı ailənin isə aptekə olan borcu ödənilmişdir (1055 manat).
Hişkədərə ərazisində 600 metr məsafədə Mişkəmi–Tüklə yolu 47 saylı Yol İstismarı İdarəsi tərəfindən (Masallı) cari təmir olunmuş, yola Hişkədərə bələdiyyəsi tərəfindən 3 kamaz (1050 manat) çınqıl tökülərək hamarlanmışdır. Nümayəndəliyin təşəbbüsü ilə xeyriyyəçi tərəfindən 1 aztəminatlı ailəyə 100 manat maddi yardım olunmuşdur.
Hişkədərə ərazisində Masallı Elektrik Şəbəkəsi tərəfindən yeni transformator quraşdırılmışdır.
Qəriblər ərazisində xeyriyyəçilər tərəfindən 40 aztəminatlı ailənin hər birinə dəyəri 30 manat olan ərzaq yardımı olunmuşdur.
Qəriblər ərazisində aztəminatlı ailəyə xeyriyyəçilər tərəfindən 50 manat məbləğində ərzaq yardımı olunmuşdur.
Qəriblər ərazisində ərazi nümayəndəliyi, bələdiyyə və 47 saylı Yol İstismarı İdarəsi tərəfindən hündürlük yol nişanı göstəricisi təmir olunmuşdur.
Şərəfə ərazisində xeyriyyəçilər tərəfindən 35 aztəminatlı ailənin hər birinə dəyəri 29 manat olan ərzaq yardımı olunmuşdur.
Şərəfə ərazi nümayəndəliyinin və bələdiyyənin təşəbbüsü ilə uzunluğu 300 metr olan kanal təmizlənmiş və keçidlərə 2 ədəd 5 metrlik suötürücü boru qoyulmuşdur.
Qarğalıq ərazisində xeyriyyəçilər tərəfindən 10 aztəminatlı ailənin hər birinə dəyəri 40 manat olan ərzaq yardımı olunmuşdur.
Qarğalıq ərazisinin Kürdəbaz kəndində Masallı Elektrik Şəbəkəsi tərəfindən 1 ədəd yüksək gərginlikli elektrik dirəyi bərpa olunmuş və 1 ədəd elektrik dirəyi yenisi ilə əvəz edilmişdir.
Qarğalıq ərazisinin Eminli kəndində kənd sakinlərinin şəxsi vəsaiti hesabına 2,4 km uzunluğunda küçə işıqlandırması təmin edilib.
Qarğalıq kəndində mərkəzi stadionun ətrafına 110 ədəd göyrüş tingi əkilmiş, Kürdəbaz kəndində ərazi nümayəndəliyinin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən 70 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır.
Yeyənkənd ərazisində 12 aztəminatlı ailənin hər birinə 50 manat maddi yardım olunmuşdur. Yeyənkənd ərazisində xeyriyyəçilər tərəfindən 320 metr kənddaxili yola çınqıl tökülərək hamarlanmışdır (1050 manat). Yeyənkənd ərazisində “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar 100 ədəd göyrüş ağacı əkilmişdir.
Yeyənkənd ərazisində xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailənin hər birinə 100 manat dəyərində (2000 manat), 42 aztəminatlı ailəyə isə 60 manat dəyərində (2520 manat) ərzaq yardımı olunmuşdur.
Yeyənkənd ərazisinin Xəlfələr kəndində xeyriyyəçilər tərəfindən məscidin ətrafı anbar üçün genişləndirilmiş və işlər davam edir.
Tüklə ərazisində xeyriyyəçilər tərəfindən mərasim evinin tikintisinə başlanılmışdır.
Tüklə ərazisində xeyriyyəçilər tərəfindən 30 aztəminatlı ailənin hər birinə 55 manat olmaqla ümumilikdə 1650 manat dəyərində ərzaq yardımı olunmuşdur.
Xıl ərazisində nümayəndəliyin təşkilatçılığı ilə 47 saylı Yol İstismarı İdarəsi (Masallı) tərəfindən 4 km yol qreyderlə hamarlanmışdır.
Xıl ərazi nümayəndəliyinin təşkilatçılığı və xeyriyyəçilər tərəfindən 30 aztəminatlı ailənin hər birinə dəyəri 70 manat olan ərzaq yardımı paylanmışdır (2100 manat).
Xıl ərazisində xeyriyyəçilər tərəfindən 52 aztəminatlı ailənin hər birinə 50 manat olmaqla ümumilikdə 2600 manat dəyərində ərzaq yardımı olunmuşdur.
Yeddioymaq ərazisində ərazi nümayəndəliyinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 100 ədəd ağac əkilmişdir. Yeddioymaq ərazisində bələdiyyə və xeyriyyəçilər tərəfindən 1,5 km uzunluğunda kənddaxili yol qreyderlə hamarlanmışdır.
Yeddioymaq ərazisinin Qasımlı kəndində xeyriyyəçilər tərəfindən məscidin 450 m² ərazisində təmir işləri aparılır.
Şıxlar ərazisində bələdiyyə və xeyriyyəçilər tərəfindən 1100 metr kənddaxili yol qreyderlənmiş və çınqıl tökülərək hamarlanmışdır (4000 manat).
Qodman kənd ərazi nümayəndəliyi, bələdiyyə və kənd sakinlərinin dəstəyi ilə 950 metr məsafədə kəndarası yollar qreyderlə hamarlanmışdır.
Lürən kəndində 1 aztəminatlı ailəyə bələdiyyə tərəfindən 100 manat maddi yardım olunmuş və mərkəzi yolda cari təmir işləri aparılmışdır.
Güllütəpə ərazisində xeyriyyəçilər tərəfindən 6 aztəminatlı ailənin hər birinə 105 manat olmaqla ümumilikdə 630 manat dəyərində ərzaq yardımı olunmuş, Güllütəpə kəndində xeyriyyəçi tərəfindən 100 metr yola çınqıl tökülərək hamarlanmış və ərazidə ümumilikdə 80 ədəd ağac əkilmişdir.
Mahmudavar ərazisinin girişində tanıtım lövhəsi xeyriyyəçilər tərəfindən tikilərək istifadəyə verilmiş və ərazidə köhnə qaz xətləri yenisi ilə əvəz olunur.
Qızılavar ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə Dəlləkoba kənd orta məktəbində təmir işləri davam edir.
Səmidxanlı ərazisində nümayəndəlik və bələdiyyənin təşəbbüsü, xeyriyyəçilərin dəstəyi ilə əsas yola maneə yaradan qanunsuz tikilinin söküntüsünə başlanılmışdır.
Rayonun bütün yaşayış məntəqələrində ərazi nümayəndəlikləri tərəfindən qanunsuz tikintilərin aşkar edilməsi ilə bağlı gəzintilər təşkil olunmuşdur.