Azərbaycan-Türkmənistan Əlaqələrində Yeni Mərhələ

Azərbaycan-Türkmənistan Əlaqələrində Yeni Mərhələ
  • Siyasət

  • 2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etmişdir. Dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulamış, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla genişləndiyini qeyd etmişdir.

    Prezident İlham Əliyev siyasi dialoqun intensiv xarakter daşıdığını, iqtisadi, nəqliyyat, enerji, ticarət və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndiyini bildirmişdir. Görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuş, bir sıra mühüm sənədlər imzalanmışdır.

    Dövlət başçısı Xəzər regionunda əməkdaşlığın inkişafının əhəmiyyətini xüsusi qeyd etmiş, nəqliyyat-logistika imkanlarının genişləndirilməsinin, enerji təhlükəsizliyi və qarşılıqlı sərmayələrin artırılmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulamışdır. O, Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji xarakter daşıdığını və gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

    Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan arasında dostluq münasibətləri möhkəm təmələ əsaslanır və qarşılıqlı faydalı əməkdaşlıq regionda sabitliyin, tərəqqinin və rifahın möhkəmlənməsinə mühüm töhfə verir.


    Aybəniz Novruzova, 
    Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi
    PAYLAŞ:

    Oxşar xəbərlər