Hişkədərə kəndində şəhid Elşad Ağayevin adını daşıyan küçəyə yeni asfalt örtüyü döşənib

Hişkədərə kəndində şəhid Elşad Ağayevin adını daşıyan küçəyə yeni asfalt örtüyü döşənib
  • Cəmiyyət

  • Masallı rayonunda sosial infrastrukturun yaxşılaşdırılması, kənd və qəsəbədaxili yolların abadlaşdırılması istiqamətində tikinti-quruculuq işləri uğurla davam etdirilir. Növbəti belə abadlıq tədbiri rayonun Hişkədərə kəndində həyata keçirilib.

    Masallı Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər nəticəsində kəndin şəhid Elşad Ağayevin adını daşıyan küçəsində genişmiqyaslı asfaltlanma işləri aparılıb. Layihə çərçivəsində ümumi uzunluğu 340 metr olan küçəyə tamamilə yeni və keyfiyyətli asfalt örtüyü döşənib. Bu abadlıq işlərinin icrası kənd sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, nəqliyyat vasitələrinin gediş-gəlişinin xeyli yaxşılaşdırılmasına xidmət edir.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı görülən işlərlə yerində tanış olmaq məqsədilə əraziyə baxış keçirərək görülən işlərin keyfiyyəti və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş müzakirələr aparıb.

    Baxış zamanı qeyd olunub ki, rayon ərazisində sosial infrastrukturun yaxşılaşdırılması, yaşayış məntəqələrində yol və küçələrin abadlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir.

    Görüşdə iştirak edən şəhid ailələri və kənd sakinləri onlara göstərilən yüksək diqqət və qayğıya, şəhidlərimizin xatirəsinin hər zaman uca tutulmasına görə möhtərəm Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər