Müharibədə daha bir azərbaycanlı həlak oldu

Müharibədə daha bir azərbaycanlı həlak oldu
  • Cəmiyyət / Maraqlı

  • Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı vəfat edib.

    "Leqal"  Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və o dron hücumu zamanı həlak olub.

    Təxminən iki ay öncə Rusiyaya gedən X. Məmmədovla yaxınları sonuncu dəfə ötən ayın 4-ü danışıblar.

    Onun ailə üzvləri Rusiyaya getsələr də,  nəşinin harada plmasına dair xəbər ala bilmirlər.

    Onların sözlərinə görə, ailəyə Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər